Azərbaycan Xarici İşlər Nazirliyində Nikol Paşinyanın bəyanatına cavab verirlər
Ermınistan üçün destruktiv nəticələrinin proqnozlaşdırlması çətin deyil, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Leyla Abdullayeva bəyan etdi, hansı da Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən, Nikol Paşinyanın bu günki bəyanatına cavab verdi. Paşinyanın dediyinə görə, rəsmi Bakı qonşu ölkələrin ərazilərinə iddialar bəyan edir və sərhəd gərginliyini yaradır ki, delimitasiya prosesinə maniəçilik törətsin.
“Bu, Ermənistan Baş nazirinin növbəti, tamamilə yalan və iftira dolu bəyanatıdır. Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən, bu iddiaları ölkə Konstitusiyasında əks olunan Ermənistanın Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir”, – Abdullayev bəyan etdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinin dediyinə görə, öz ərazi bütövlüyünü təmin eədn Azərbaycan, delimitasiya və demarkasiya prosesinin başlamasına hazır olduğunu ifadə etdi.