Azərbaycan Xarici İşlər Nazirliyi - Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik, Abxaziya bölgəsində keçirilən qondarma "seçkiləri" tanımırıq
Azərbaycan Xarici İşlər Nazirliyi - Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik, Abxaziya bölgəsində keçirilən qondarma "seçkiləri" tanımırıq

 

Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik və Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma “parlament seçkiləri”-ni tanımırıq- bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bununla yanaşı, bəyanatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”-ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir” -deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.