Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verir, Gürcüstanda münaqişənin ərazi bütövlüyü əsasında həllini dəstəkləyirik
Azərbaycan Xarici İşlər Nazirliyi - Azərbaycan tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verir, Gürcüstanda münaqişənin ərazi bütövlüyü əsasında həllini dəstəkləyirik

 
Azərbaycan Xarici İşlər Nazirliyi 2008-ci ilin avqust müharibəsinin 15-ci ildönümünə münasibət bildirir.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, Azərbaycan qonşusu və tərəfdaşı Gürcüstanla əməkdaşlığa böyük əhəmiyyət verir.

“Biz Gürcüstandakı münaqişənin dövlətlərin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllini tam dəstəkləyirik”- bəyanatda deyilir.