Azərbaycan Xarici İşlər naziri - Qudauridə helikopter qəzası ilə bağlı xəbər bizi kədərləndirdi, Azərbaycan bu çətin gündə Gürcüstanın yanındadır
Qudauridə baş verən faciə ilə bağlı Azərbaycan Xarici İşlər naziri, Ceyhun Bayramov Gürcüstana başsağlığı verir.
“Gürcüstanın Qudauri kurort zonasında sərhəd polisi helikopterinin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk. Azərbaycan bu çətin gündə Gürcüstanın yanındadır”, – Azərbaycan Xarici İşlər naziri, Ceyhun Bayramovun başsağlığı məktubunda deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçarkən qayalıq yamaca düşdü. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub, hansı da tədbir zamanı idarəsini itirdi və qəzaya uğradı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi var idi. Hadisə yerinə gələn Daxili İşlər naziri, Vaxtanq Qomelaurinin sözlərinə görə, helikopterdə olan 8 nəfərin hamısı həlak oldu. Daxili işlər nazirinin sözlərinə görə, xarici turist də halak oldu, hansının xilas edilməsi üçün əməliyyat aparılırdı. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər də klinikaya yerləşdirildi. Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili başsağlığı məktubunda bəyan etdi ki, Qudauridə baş verən faciə ilə əlaqədar 30 iyul ölkədə matəm günü elan edilir.