Azərbaycan vətəndaşı, Gürcüstandan keçərək, Türkiyəyə 5 450 tısbağa aparırdı
Türk gömrükçüləri Sarpda Azərbaycan vətəndaşını Türkiyəyə 5 450 tısbağa aparmağa çalışarkən həbs etdilər.
Bu haqda məlumatı türk medyası yayır.
Türk medya vasitələrinin məlumatına görə, 5 450 tısbağa həbs edilən şəxsin avtomobilinin qapısında gizlədilmişdi.
“Hürriyət” nəşriyyatı yazır ki, Sarp gömrüyündə Azərbaycan vətəndaşının qəribə hərəkətləri kontrabanda ilə mübarizə xidmətinin əməkdaşlarının diqqətini çəkdi və onun avtomobilini xüsusi skaner ilə yoxladılar və nəticədə oradan 5 mindən artıq tısbağa çıxdı.
Türk mənbələrinin məlumatına görə, tısbağaların tapıldığı avtomobilin sahibinə qarşı cinayət işi qaldırlıb.