Azərbaycan və Türkiyə prezidentləri “Zəngəzur dəhlizi” yolunun tikintisinin təməlini qoyublar
Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbəndi yolunun tikintisinin təməlini qoyublar. O, Zəngəzur dəhlizi layihəsinin bir hissəsidir.
Məlumatı Azərbaycan mətbuatı yayıb.
Prezidentlər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işləri ilə tanış olub, Azərbaycan Avtomobil Yolları Agentliyinin rəhbərinin görülən işlərlə bağlı məlumatlarını dinləyiblər.
Azərbaycan ərazisindən keçən yolun təməli Türkiyə və Azərbaycan prezidentləri tərəfindən qoyulub. Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəni Ermənistan ərazisindən keçirək birləşdirəcək.
Ermənistan bu layihəyə qarşı çıxır və hesab edir ki, Ermənistanın suverenliyi Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə qədər uzanmalıdır. Yol layihəsi ilə bağlı tərəflər arasında yekun razılıq hələ əldə olunmayıb.