Azərbaycan və Ermənistan nümayəndə heyyəti İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib
Azərbaycan və Ermənistan nümayəndə heyyəti İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib

 

Ölkə parlamentinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyyəti İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Azərbaycan nümayəndə heyyətinin tərkibində vitse-baş nazir Şahin Mustafayev və xarici işlər nazirinin müavinləri var.

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan da İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Onun yeni seçilmiş prezidentlə də görüşü planlaşdırılır.

Yeni prezidentin andiçmə mərasimi yerli parlamentdə saat 17: 00 -da başlayacaq.

Mərasimdə 10 prezident, 20 parlament sıdri və 11 xarici işlər naziri də daxil olmaqla 115 ölkədən 73 rəsmi şəxs iştirak edəcək.