Azərbaycan və Ermənistan müdafiə idarələri bir-birini atəşin açılmasında ittiham edirlər
Azərbaycan və Ermənistan müdafiə idarələri bir-birini atəşin açılmasında ittiham edirlər

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlə Qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərəbadda yerləşdirilmiş Azərbaycanm Silahlı Qüvvələrinin mövqeləri istiqamətinı atəş açıb. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb və onu xəstəxanaya yerləşdiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlə Qüvvələri tərəfindən açılan atəşə onlar atəşlə cavab verdilər. Nazirliyin məlumatına görə, rayonda vəziyyət hazırda sabitdir.

İnsidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat yayır. Ölkənin müdafiə idarəsinin məlumatına görə, Azərbaycan Silahlı qüvvələri müxtəlif çaplı silahdan və qumbaraatandan bir neçə saat ərzində Ermənistan Ordusu mövqelərini, Ermənistan-Azərbaycan sərhədinin Erasx hissəsini atəşə tutub. Nazirliyin məlumatına görə, Erasx icması rəhbəri, Radik Oqikian yaralanıb.

Ermənistan Müdafiə Nazirliyində bəyan edirlər ki, ikitərəfli razılaşma xəttinin dəyişikliklərinə yol verməcəklər.