Azərbaycan və Ermənistan Dağlıq Qarabağda aparılan hərbi qarşıdurma ilə bağlı məlumat yayırlar
Azərbaycan və Ermənistan Dağlıq Qarabağda aparılan hərbi qarşıdurma ilə bağlı məlumat yayırlar

Azərbaycan və Ermənistan Dağlıq Qarabağda aparılan hərbi qarşıdurma ilə bağlı məlumat yayırlar.

Azərbaycanın Müdafiyə Nazirliyi Ermənistan ordusu tərəfindən diri qüvvə və hərbi texnikanın ləğv edildiyi barədə məlumat  yayır.

Azərbaycanın Müdafiyə Nazirliyinin məlumatına görə, Ermənistanın silahlı qüvvələri Ağdərə, Ağdam və Xocavənd istiqamətlərinə hücum etməyə cəhd etdilər, ancaq müvəffəqiyyətli ola bilmədilər və böyük itkilərlə geri çəkilməli oldular.

Azərbaycan medyası yazır ki, Ermənistan silahlı qruplaşması “Vomaya” (xilas olma əsgəri) “ASALA” (Ermənistanın Gizli Azadlıq Ordusu), və PKK teror təşkilatları birləşiblər.

Azərbaycan medyasının məlumatına görə, qeyd olunan qruplaşmanın üzvləri Dağlıq Qarabağın qeyri-qanuni rejimini dəstəkləməyə gediblər.

Azərbaycan iqtidarı qeyd olunan qruplaşmayı teror aktlarını hazırlamaqla ittiham edir.

Azərbaycanın hərbi texnikasının ləğv olunması ilə bağlı məlumatı Ermənistanın Müdafiyə Nazirliyi də yayır.

Yerevanda bəyan edirlər ki, tanınmamış Dağlıq Qarabağın hərbi hissələri və könüllülər qrupu dağlarda və meşələrdə, Azərbaycan ordusuna ciddi zərər veriblər.

Ermənistanın Müdafiyə Nazirliyinin məlumatına görə, bu vaxt üçün Dağlıq Qarabağın Cənub-Şərq istiqamətində aparılan hərbi əməliyyatlarda qarşı tərəfin böyük itikləri var.

Tanınmamış Dağlıq Qarabağın qondarma administrasiyasında bəyan edirlər ki, könüllülər qrupu Türkiyənin xüsusi təyinatlılar bölməsini ləğv edib.