Azərbaycan və Ermənistan bir-birlərini artileriya-raket atəşini yenidən başlamaqla ittiham edirlər
Azərbaycan iqtidarı Ermənistanın Tərtər rayonu istiqamətinə doğru artileriya və raket atəşini açmaqla ittiham edir.
Azərbaycanın baş prokurorluğunun bəyanatında deyilir ki, bugün səhərdən Ermənistanın silahlı qüvvələri müxtəlif istiqamətlərdən Tərtər rayonuna artileriya və raket atəşi açdılar.
Rəsmi Bakının məlumatına görə, hücum nəticəsində, evinin həyətinə raket düşən bir yerli sakin həyatını itirib.
Azərbaycanın baş prokurorluğunun bəyanatına görə, Ermənistan oktyabrın 10-da elan edilən atəşkəsin humanitar rejimini kobudca pozmağa davam edir.
Öz növbəsində, atəşkəs rejiminin pozulmasında Azərbaycanı Ermənistan da ittiham edir.
Ermənistanın Müdafiyə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyanın bəyanatına görə, bugün səhərdən, qarşı tərəf müxtəlif istiqamətlərdən artileriya-raket hücumunu yenilədi.
Onun dediyinə görə, səhərə qədər münaqişə zonasında vəziyyət stabil idi.