Azərbaycan və Ermənistan bir-birini sərhəd zonasında təxribatın törədilməsində təqsirləndirirlər
Azərbaycan və Ermənistan bir-birini sərhəd zonasında təxribatın törədilməsində təqsirləndirirlər

Azərbaycan və Ermənistan bir-birini sərhəd zonasında təxribatın təşkilində təqsirləndirirlər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər, Zəylik və Tovuz rayonları ərazisindəki mövqelərini müxtəlif çaplı odlu silahlardan istifadə etməklə atəşə tutdular.

İdarənin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Müdafiə Nazirliyində bəyan edirlər ki, Ermənistan tərəfindən sərhəd zonasında vəziyyətin gərginləşdirilməsi əsassız və üçtərəfli sazişin öhdəliklərinə zidd idi ki, bu da məqsədyönlü hərbi təxribat və avantüradır.

Ermənistan Müdafiə Nazirliyi isə, sərhəd zonasında təxribat xarakterli hərəkətlərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini bildirir. Müdafiə NAzirlyində Azərbaycan silahlı qüvvələri tərəfindən atəş nəticəsində üçüncü hərçinin həlak olmsası barəsində bəyan etdilər.

Ermənistan-Azərbaycan sərhədində vəziyyət ötən gün gərginləşib. Bakıda bəyan edirlər ki, Ermənistan Silahlı Qüvvələrinin təşkil etdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun əsgərlərindən biri həlak oldu. Ermənistan Müdafiə Nazirliyi isə, Azərbaycanın açdığı atəş nəticəsində 2 əsgərin həlak olduğunu, iki əsgərin yaralandığını barədə bəyanat yayıb.

ATƏT Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsinə əks səda verdi və tərəfləri atəşi dayandırmağa və münaqişənin həlli üçün dialoqa çağırıb.