Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri Bakıda 12 sentyabrdan başlayacaq
Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.
Qeyd olunan barəsində məlumatı Azərbaycan mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yayır.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.
Təlimlər 20 sentyabra qədər davam edəcək.