Azərbaycan səfirliyi - Dostlarımızı və gürcü qardaşlarımızı Avropa çempionatına keçmələri münasibətilə təbrik edirik
Azərbaycan səfirliyi - Dostlarımızı və gürcü qardaşlarımızı Avropa çempionatına keçmələri münasibətilə təbrik edirik

Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanı Yunanıstan üzərində qələbəsi və Avropa çempionatında iştirakı münasibətilə təbrik edir.

“Biz dostlarımızı və gürcü qardaşlarımızı tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatına keçmələri münasibətilə təbrik edir və onlara uğurlar arzulayırıq”, – deyə səfirlik yazır.

Dünən Gürcüstanın futbol komandası Yunanıstanı penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.