Azərbaycan Rusiya səfiri Mixail Boçkaryovu Xarici işlər Nazirliyinə çağırdı və etiraz notası verdi.
Bu barədə məlumatı Rusiyanın “Tass” agentliyi yayır.
Bakının etirazı isə, Dağlıq Qarabağ nümayəndələrinin Rusiya səfəri ilə bağlıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağ nümayəndələri rus ekspertləri və akademik dairələrin nümayəndələri ilə görüş keçiriblər.
Nazirliyə çağırılan rus diplomatı isə, öz növbəsində, bəyan etdi ki, Rusiyanın mövqeyi Qarabağ münaqişəsi bəllidir və dəyişən birşey yoxdur.
Azərbaycanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, tanınmayan respublika nümayəndələrinin Rusiyaya səfəri provokasiya xasiyyətlidir və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəldilib.