Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev - Qazaxıstan və Gürcüstanla Orta Dəhlizin inkişafı üçün artıq işləyirik və çinli dostları cəlb etmək istəyirik
Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev - Qazaxıstan və Gürcüstanla Orta Dəhlizin inkişafı üçün artıq işləyirik və çinli dostları cəlb etmək istəyirik

 
Qazaxıstan və Gürcüstanla Orta Dəhlizin inkişafı üçün artıq işləyirik və çinli dostları cəlb etmək istəyirik -bu haqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin mətbuatına müsahibəsində açıqlayıb.

Azərbaycan Prezidentinin müşaviri bildirib ki, müxtəlif ölkələrin ərazilərindən keçən belə bir layihədə “bir pəncərə”nin mümkünlüyü həlledici əhəmiyyət kəsb edir, xüsusən də yükdaşımalarını Avropa bazarına yönləndirmək istəyən Çin şirkətləri üçün.

Hacıyev qeyd edib ki, gömrük qaydalarının sadələşdirilməsi və standartlaşdırılması da vacibdir.

“Biz Çin və Qazaxıstan arasında Orta Dəhlizlə bağlı son razılaşmanı da nəzərə aldıq. Biz də belə bir müqavilə imzalamağı düşünürük. Ola bilsin ki, biz bu sahədə Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli saziş imzalaya bilək. Biz Çin+Mərkəzi Asiya və Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyalarının inkişafını səbirsizliklə gözləyirik”- deyə Hikmət Hacıyev açıqlayıb.

Orta Dəhliz Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Aİ-nin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir. Çox yönlü multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.