Azərbaycan Pakistandan JF-17C qırıcıları alıb
Azərbaycan Pakistandan JF-17C qırıcıları alıb.
Azərbaycan mətbuatının yazdığına görə, müasir, hər cür hava şəraitinə uyğun, çoxməqsədli təyyarə Pakistan Aviasiya Kompleksi ilə Çinin “Çenqdu” Aviasiya Korporasiyasının birgə layihəsidir.
Azərbaycanın müdafiə naziri, Zakir Həsənov və Pakistanın aviasiya kompleksinin sədri, vitse-marşal Hakim Rza Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər parametrləri ilə tanış ediblər.
Təyyarə “hava-hava” və “hava-yer” döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlükdə yüksək döyüş manevrinə malikdir və effektiv atəş gücü ilə seçilir.