Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Azərbaycan mövqeləri istiqamətinə atəşin açılmasında təqsirləndirir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Azərbaycan mövqeləri istiqamətinə atəşin açılmasında təqsirləndirir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Azərbaycan mövqeləri istiqamətinə atəşin açılmasında təqsirləndirir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatınma görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bundan başqa, Müdafiə Nazirliyinin bəyanatına görə, erməni tərəfi rus hərbçilərinin müvəqqəti yerləşdiyi Şuşa ətrafında yerləşən mövqeləri tə atəşə tutdu.

Nazirliyin məlumatına görə, Azərbaycan tərəfindən itki yoxdur, əməliyyat şəraiti Azərbaycan bölmələri nəzarəti altındadır.

Ermənistan insidentlə bağlı hələlik şərh verməyib.