Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Azərbaycan mövqeləri istiqamətinə atəşin açılmasında təqsirləndirir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı Azərbaycan mövqeləri istiqamətinə atəşin açılmasında təqsirləndirir. Nazirlikdə bəyan etdiklərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan tərəfində xəsarət alan olmayıb.
Nazirliyin məlumatına görə, Azərbaycam silahlıq üvvələri qarşı tərəfə cavab atəşi aşdılar, yerində əməliyyat şəraiti Azərbaycan nəzarəti altındadır.
İnsidentlə bağlı erməni tərəfindən hələlik şərh verilməyib.