Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı atəşkəs razılaşmasının pozulmasında ittiham edir, Ermənistanda ittihamları təkzib edirlər
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı atəşkəs razılaşmasının pozulmasında ittiham edir.
Nazirlik tərəfindən yayılan məlumata görə, Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Goranboy rayonlarının bombalanmasını davam etdirirlər.
Ermənistan isə, Tərtərin bombalanması barəsində Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatı təkzib edir. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi, Şuşana Stepanyan “feysbuk” sosial şəbəkəsində yazdı.
Stepanyanın dediyinə görə, səhər Azərbaycan şimal, cənub və şimal-şərqdə döyül əməliyyatlarını yenilədi.