Azərbaycan Milli Məclisinin deputatı - Ölkələrimiz və xalqlarımız arasında dostluq dərin köklərə malikdir, əməkdaşlığımız geniş sahələri və istiqamətləri əhatə edir
Gürcüstan hələ sovet dövründən Azərbaycanın çox yaxşı dostu olub və ölkələrimiz indi, müstəqil olduğu vaxtda da, iqtisadi əlaqələri və əməkdaşlığı gücləndirmək üçün ölkələrimizin böyük potensiala malik olduğunu nəzərə alaraq, bu əlaqələr hələ də qoruyub saxlayır və dinamik inkişaf etdirir, – deyə Azərbaycan Milli Məclisinin deputatı Kamran Bayramov bildirib.
Bayramovun sözlərinə əsasən, Azərbaycan, Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın regiona gətirdiyi layihələrin əhəmiyyətini dərk edir.
“Ölkələrimiz və xalqlarımız arasında dostluğun dərin kökləri var. Bundan əlavə, biz strateji tərəfdaşıq. Əməkdaşlığımız geniş sahələri və istiqamətləri əhatə edir. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Gürcüstan da bunu edir. Hər iki ölkə bütün beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqları üçün lobbiçilik edir və ölkələrimiz arasında dostluq və tərəfdaşlığın nə qədər yüksək olduğunu nümayiş etdirmək üçün qeyd etmək istərdim ki, bu, İlham Əliyevin 2003-cü ildən prezident olandan bəri Gürcüstana on birinci səfəridir və bu, mənim ölkəmin sizin ölkənizlə əməkdaşlığa nə qədər maraqlı olduğunu göstərir”, – deyə Bayramov bildirib.
Kamran Bayramovun sözlərinə görə, İrakli Qaribaşvili ilə İlham Əliyev arasında bu gün keçirilən görüşün əsas mövzularından biri Cənubi Qafqazda sülh olub.
“Liderlər mətbuata açıqlama veriblər və maraqlıdır ki, gündəmdəki mühüm mövzulardan biri Cənubi Qafqazda sülh olub. Gürcüstanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsində daha mühüm rol oynamağa başladığını deyə bilərik. Bundan əlavə, ölkələrimiz arasında iqtisadi əlaqələri vurğulamalıyıq. Azərbaycan Gürcüstana tranzit ölkə kimi böyük önəm verir, çünki Azərbaycan öz enerji resurslarını və yüklərini Gürcüstan vasitəsilə Avropa İttifaqına nəql edir. Bu baxımdan Azərbaycan Prezidentinin Gürcüstana səfəri təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün çox vacibdir”, – deyə Bayramov bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev