Azərbaycan medyasının məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdə şəhərinin bombalanması nəticəsində həlak olanların sayı 14-ə çatıb
Azərbaycan medyasının məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdə şəhərinin bombalanması nəticəsində həlak olanların sayı 14-ə çatıb

Azərbaycan medyasının məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdə şəhərinin bombalanması nəticəsində həlak olanların sayı 14-ə çatıb.

Azərbaycan medyası yazır ki, Ermənistan ordusu “Smerç” tipli raket sistemindən istifadə edib.

Azərbaycanın Müdafiyə Nazirliyinin məlumatına görə, Bərdədə insanların zərər görməsindən başqa, mülki infrastruktur da dağılıb.

Bərdə şəhərinin bombalanması ilə bağlı məlumatı Azərbaycan iqtidarı oktyabrın 27-də bəyan etdi.

Rəsmi Bakıda deyirlər ki, Bərdənin bombalanmasına cavab olaraq, ölkə ordusu qarşı tərəfin hərbi texnikasını məhv edib.

Ermənistanın Müdafiyə Nazirliyi isə, Azərbaycan tərəfinin ittihamlarını rədd edir.