Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri - Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində Gürcüstana hər cür kömək göstərməyə hazırdır
Azərbaycan xilasetmə tədbirləri və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Gürcüstana hər cür yardım göstərməyə hazırdır, – bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ceyhun Bayramovun gürcü həmkarı İlia Darçiaşvili ilə telefon danışığından sonra dərc etdiyi bəyanatda deyilir.
Azərbaycanın xarici işlər naziri ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, qardaş Gürcüstan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Ceyhun Bayramov itkin düşənlərin tezliklə tapılacağına ümid etdiyini bildirib.
“Nazir Bayramov vurğulayıb ki, Azərbaycan hər zaman Gürcüstanın yanındadır və xilasetmə tədbirləri və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması baxımından hər cür yardım göstərməyə hazırdır. Nazir İlia Darçiaşvili ona göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür edib”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.