Azərbaycan Xarici İşlər Nazirliyi - Şovidə torpaq sürüşməsi nəticəsində yaxınlarını itirənlərə başsağlığı veririk, biz Gürcüstan hökumətinin və xalqının yanındayıq
Azərbaycan Gürcüstan hökumətinin və xalqının yanındadır. Bu barədə qurumun sosial şəbəkədə dərc etdiyi Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Gürcüstanın Raca bölgəsinin Şovidə baş vermiş güclü torpaq sürüşməsi nəticəsində yaxınlarını itirənlərə başsağlığı veririk. Ümid edirik ki, onlarla itkin düşən şəxslər sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.