Azərbaycan Xarici İşlər Nazirliyi – Azərbaycan Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə yönəlik dəstəyini təsdiqləyir və Gürcüstanın Tsxinvali bölgəsində keçirilən qondarma seçkiləri tanımır
Azərbaycan Gürcüstanın işğal olunmuş Tsxinvali bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayır.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini növbəti dəfə təsdiqləyir, Gürcüstanın Tsxinvali bölgəsində keçirilən qondarma “prezident seçkiləri“ni və onların nəticələrini tanımır”, – bəyanatda qeyd olunub.