Azərbaycan iqtidarının məlumatına görə, Ermənistan ötən gecə Gəncə şəhərinə raket zərbələri endirib
Azərbaycan iqtidarının məlumatına görə, Ermənistan ötən gecə Gəncə şəhərinə raketlərlə hücum edib.
Azərbaycan medyasının məlumatına görə, Ermənistan ərazisindən atılan raket şəhərə ciddi zərər verdi.
Mükli obyektlər və avtomobillər zərər görüb.
Bakıda bəyan edirlər ki, Ermənistanın silahlı qüvvələri Bərdə, Görənboy, Tərtər və Ağcabədi rayonlarının kəndlərini bombalayırlar.
Azərbaycanın baş prokurorluğunun məlumatına görə, Görənboy rayonunun Şaxməmmədli kəndində artileriya bombalanması zamanı dinc sakin həlak olub.
Azərbaycan tərəfi Ermənistan iqtidarını beynəlxalq hüquq normalarının pozulmasında ittiham edir.