Azərbaycan hökuməti Bakı-Tbilisi-Ankara sürət qatarını işə salmağı planlaşdırır
Azərbaycan hökuməti Bakı-Tbilisi-Ankara sürət qatarını işə salmağı planlaşdırır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları İdarəsinin icraçı direktoru Azər Fərəcov bildirib ki, qatar “Stadler” şirkətinin istehsalı ola bilər.
“Pandemiyadan sonrakı tədbirlər paketimiz çərçivəsində dövlətlərarası quru sərhədlərinin açılacağı təqdirdə Bakı-Tbilisi-Ankara marşrutu üzrə sürətli sərnişin qatarı istifadəyə verilə bilər”, – deyə Azər Cəfərov bildirib.
Hazırda Azərbaycan və Gürcüstan arasında quru sərhədi koronavirus məhdudiyyətlərinə görə bağlıdır, ona görə də bir ölkədən digərinə səyahət yalnız hava yolu ilə mümkündür.
Pandemiyadan əvvəl Tbilisidən Bakıya qatarla 12 saata çatmaq mümkün idi.