Azərbaycan Ermənistan ordusunu sərhəd zonasında atəş açmaqda ittiham edir, Ermənistan ittihamları rədd edir
Azərbaycan Ermənistan ordusunu sərhəd zonasında atəş açmaqda ittiham edir, Ermənistan ittihamları rədd edir

Azərbaycan Ermənistan ordusunu sərhəd zonasında atəş açmaqda ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 21-də saat 12:25-dən 15:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər rayonunun Molabayramlı istiqamətində yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Məlumata görə, Azərbaycan ordusunun bölmələri bu istiqamətdə müvafiq cavab tədbirləri görüb.

Ermənistan hökuməti Azərbaycanın ittihamlarını rədd edir. Ölkə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyinin atəş açılması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.