“Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri – “Orta dəhliz” vasitəsilə Çindən Azərbaycana yük qatarları 8-10 günə, Gürcüstan limanlarına isə 12 günə çatır
“Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri – “Orta dəhliz” vasitəsilə Çindən Azərbaycana yük qatarları 8-10 günə, Gürcüstan limanlarına isə 12 günə çatır

“Orta dəhliz” vasitəsilə Çindən yük qatarları Azərbaycana 8-10 günə, Gürcüstan limanlarına isə 12 günə çatır. – Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmov “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı dəmir yolu administrasiyası rəhbərlərinin məşvərət iclasında məlumat verib.

Rövşən Rüstəmovun sözlərinə görə, bu ilin sonuna kimi “Orta Dəhliz” vasitəsilə Çindən 300 konteyner qatarı daşınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri qeyd edib ki, bu məbləğ 420 min ton yükə bərabərdir.