Azərbaycan Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbərinin məxfi məlumatları ölkədəki bir agentə ötürməsi barədə yayılan iddiaları rədd edir

16:59, 07.10.2026

Azərbaycan casusluq ittihamı ilə saxlanılan Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Avqust Hanninqin məxfi məlumatları Azərbaycandakı agentə ötürdüyü barədə məlumatları rədd edir.

Azərbaycan ölkənin bu işdə iştirakı ilə bağlı məlumatların əsassız olduğunu açıqlayıb.

“Əməliyyatın arxasında duran qüvvələrin bədxah niyyəti Azərbaycan ilə Almaniya arasındakı münasibətlərə zərər vurmaqdır”, – bəyanatda qeyd edilib.

Məlumat üçün bildirək ki, alman nəşrinin araşdırmasına əsasən, kəşfiyyat xidmətinin keçmiş rəhbəri qanunsuz yolla 2000-dən çox məxfi sənəd əldə edib və bu məlumatlardan xarici agentlə ünsiyyət zamanı istifadə edib. “Der Spiegel”in araşdırmasına görə, məxfi məlumatlar əldə edildikdən sonra, böyük ehtimalla, Azərbaycanda olan kontakta ötürülüb.

Oxşar