Azər Süleymanov - Marneuli insindenti ilə heç bir əlaqəm yoxdur, təhqir edilən şəxsi də tanımıram
Marneuli insindenti ilə heç bir əlaqəm yoxdur. Təhqir edilən şəxsi də uzaqdan bir Marneuli sakini kimi tanıyıram, – bu barədə bəyanatı Gürcüstan parlamentinin deputatı və “Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov Rustavi prokurorluğunda verdi.
“Bu namussuzluqdur, kimsə İvanişviliyə söyüb və “Milli Hərəkat” partiyasını suçlayır. Bunda hansısa logika olmalıdır. Mən təhqir edilən şəxsi tanımıram, sadəcə onu bilirəm ki, bir neçə il “Gürcü Arzusunun” üzvü idi və bütün seçkilərdə bizə qarşı işləyirdi. Bəli bizim ofisə gəlmişdi və sadəcə soruşdum ki, bizim partiyamızın adı ilə niyə kiməsə söydü. Əlbəttəki ona şillə zad vurmamışam. Ətrafda bir çox insan var idi, “Gürcü Arzusunun” deputatları da orada idi. Orada ona heçnə etməmişik, sonra nə oldu bilmirəm” – dedi Azər Süleymanov.
Xatırladaq ki, Marneuli sakini Elçin Allahverdiyevə qeyri-insani rəftar etmək suçu ilə Marneuli meri Temur Abbazov həbs edildi.