Azadlıq meydanında milli komandanın qarşılanma mərasimi ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Azadlıq meydanında bu gün Gürcüstanın milli komandasının futbolçularının qarşılanma mərasimi keçiriləcək və bununla əlaqədar sözügedən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Saat 12:00-dan 17:00-dək Azadlıq meydanında hərəkət qismən məhdudlaşdırılacaq.
Xüsusilə, Rustaveli prospektindən Azadlıq meydanına doğru hərəkət edən nəqliyyat vasitələri Barataşvili küçəsi istiqamətində hərəkəti davam etdirmək üçün meydandakı dairəyə daxil ola bilməyəcəklər. Sürücülər Puşkin meydanı yaxınlığında dönərək yenidən Rustaveli prospektinə doğru hərəkət edə biləcəklər.
İyulun 2-si saat 17:00-dan iyulun 3-ü saat 00:00-dək olan müddətdə Azadlıq meydanında avtonəqliyyat vasitələrinin hərəkəti tam qadağan olunacaq. Azadlıq meydanında Kote Abxazi və Puşkin küçələrindən, eləcə də Rustaveli prospektindən 9 Aprel küçəsinə qədər olan yol hissəsində hərəkət məhdudlaşdırılacaq.
Məhdudiyyət saatlarında ictimai nəqliyyat Mixeil Cavaxişvili küçəsi ilə Mtkvarinin (Kür) sağ sahilinə qoşulacaq və daha sonra Barataşvili küçəsi istiqamətində hərəkət edəcək. Əks istiqamətdə hərəkət edərkən ictimai nəqliyyat eyni marşrutla – Barataşvili küçəsindən Mtkvarinin (Kür) sağ sahilinə qoşulacaq, sonra isə Cavaxişvili və Merab Kostava küçələri ilə hərəkət edəcək. Tbilisi-Kocori avtomobil yolu ilə hərəkət edən nəqliyyat Amağleba küçəsi 11 ünvanında dayanacaq və əks istiqamətdə də sərnişinlərə eyni ünvandan xidmət göstərəcək.
Azadlıq meydanında azarkeşlər milli komandanın futbolçularını qarşılayacaqlar. Tədbir saat 22:00-da başlayacaq.
Məlumatı Tbilisi Meriyası yayır.