Azadlıq meydanında “Gürcü arzusu” tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək
Bu gün Azadlıq meydanında “Gürcü arzusu” tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək.
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, on minlərlə vətəndaş şəri nəhayət məğlub etmək üçün mübarizə aparan gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün toplaşacaq.
“Bildiyiniz kimi, seçkilərə bir neçə gün qalıb. Son bir neçə gündə baş nazirlə birgə seçkilərin ikinci turunun keçirildiyi bələdiyyələrə səfər etmişəm. Əhval-ruhiyyə mübarizdir və bütün iyirmi bələdiyyədə namizədlərimizin layiqli qələbə qazanması üçün hər şey ediləcək. Partiyamızın bütün üzvlərini, tərəfdarlarını, vətəndaşları 2 oktyabr qələbəsini sona çatdırmaq üçün maksimum diqqət və səfərbər olmağa çağırırıq.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, oktyabrın 27-də, saat 17:00-da partiyamızın tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək. Ölkəmizin on minlərlə vətəndaşı şəri nəhayət məğlub etmək, ləyaqət və azadlığı qorumaq, ölkəmizin tərəqqisi və inkişafı uğrunda mübarizə aparan gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün bir araya gələcək.
Oktyabrın 2-də seçicilərin 47 faizinin, demək olar ki, hər ikinci seçicinin bizə etimad göstərməsi bizə yeni təkan verdi və növbəti üç ildə ölkəmizin və xalqımızın rifahının qayğısına qalmaq məsuliyyəti üzərinə götürdü.
Bu qələbə oktyabrın 30-dək başa çatdırılmalıdır. Ölkəmizin gələcəyinə, sülhə, sabitliyə və inkişafa dəyər verənlərin hamısı 27 oktyabr çərşənbə günü Azadlıq meydanında sizi gözləyir, – deyə İrakli Kobaxidze bir neçə gün öncə keçirdiyi brifinqdə bəyan etdi
Mitinq saat 17:00-a planlaşdırılıb, lakin, iştirakçılar saat 15:00-da toplanmağa başlayacaqlar.