Azad və ədalətli seçkilərin keçirilməsi üçün idarələrarası komissiyanın dördüncü iclası keçirilib
Azad və ədalətli seçkilərin keçirilməsi üçün idarələrarası komissiyanın dördüncü iclası keçirilib. Məlumatı Ədliyyə Nazirliyi yayır.
Qurumdan verilən məlumata əsasən, Seçki Məcəlləsinə müvafiq olaraq yaradılmış qurumlararası komissiyanın məqsədi dövlət qulluqçuları tərəfindən seçki qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və qanun pozuntularına reaksiya verilməsidir. Komissiyaya ədliyyə naziri Rati Breqadze rəhbərlik edir.
“İclasda komissiya üzvləri monitorinq nəticəsində aldıqları məlumata münasibət barədə dinləyiblər. Komissiyanın iclasına komissiyanın sədr müavini, ədliyyə nazirinin müavini Tornike Çeişvili sədrlik edirdi. Onun fəaliyyətində dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər.
Sessiyada beynəlxalq monitorinq təşkilatlarının – “Beynəlxalq Respublikaçılar İnstitutu” (İRİ), “Milli-Demokratiya İnstitutu” (MDİ) və siyasi partiyaların nümayəndələri də iştirak edirdilər.
Onun səlahiyyətlərinə aid məsələlərlə bağlı məlumat komissiyaya aşağıdakı elektron poçt ünvanına: [email protected]; Həmçinin, qaynar xəttə göndərilə bilər : (+995) 599 85 00 11”, – deyə Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.