Azad və Ədalətli Seçkilər üçün İdarələrarası Komissiyanın beşinci iclası keçirilib
Azad və Ədalətli Seçkilər üzrə İdarələrarası Komissiyanın beşinci iclası keçirilib. Məlumatı Ədliyyə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Seçki Məcəlləsinə uyğun olaraq yaradılan idarələrarası komissiyanın məqsədi ictimai qulluqçuları tərəfindən seçki qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və qanun pozuntularına reaksiya verilməsidir.
Komissiyaya ədliyyə naziri Rati Breqadze rəhbərlik edir. Komissiya üzvləri media monitorinq nəticəsində daxil olan məlumata münasibət barədə hesabatı dinləyiblər. Sessiyaya ədliyyə naziri Rati Breqadze sədrlik edirdi. Komissiyanın fəaliyyətində üzv olan dövlət qurumlarının rəhbərləri, o cümlədən beynəlxalq monitorinq təşkilatlarının – “Beynəlxalq Respublikaçılar İnstitutu” (İRİ), “Milli Demokratiya İnstitutu” (MDİ) və siyasi partiyaların nümayəndələri iştirak edirdilər.
Komissiyanın səlahiyyətinə aid məsələlərlə bağlı məlumatı [email protected] ünvanına elektron poçt vasitəsilə təqdim etmək mümkündür; Həmçinin, qaynar xətt üzrə: (+995) 599 85 00 11”, – deyə Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.