Az yaşlıları pornoqrafiyaya cəlb etmək və trefikinq ittihamı ilə həbs edilən Avstraliya vətəndaşlarına veriləcək cəza tədbirləri haqqında Tbilisi Şəhər Məhkəməsində bu gün müzakirə aparılacaq.
Bu barədə məlumatı jurnalistlərə vəkil Nino Tabatadze verdi.
Onun dediyinə görə, bu günki prosesdə ittiham edilənlərin həbsi tələb olunacaq.
Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, baş prokurorluğun, Avropolun, ABŞ və Avstraliyanın hüquqmühafizə orqanlarının əməkdaşları, intensiv istintaq tədbirləri nəticəsində, Tbilisidə, uşaq pornoqrafiyasını hazırlayan və satan təşkilatçı qrupun 11 nəfərlik üzvünü həbs etdilər.
Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bəyan edildi ki, gürcü və xarici hüquqmühafizəçilər bir neçə ay ərzində operativ-istintaq tədbirlərini həyata keçirirdilər.
Həbs edilənlər arasında pornoqrafiyada istifadə edilən uşaqların valideynləri, qohumları, yaxınları və qeyri-qanuni foto-salonun sahibləri və əməkdaşları var.
İstintaq aşkarladı ki, həbs edilən ABŞ və Avstraliya vətəndaşları Tbilisidə kirayələnmiş mənzildə, fotosalon hazırlamışdılar və orada hazırlanan pornoqrafiya materiallarını xaricə satırdılar. Cinayətkarlara yardım edən yerli vətəndaşlar da var idi.
8-lə 14 yaş arasında 10 yeniyetmənin valideyləri uşaqları ilə pornoqrafiyanın hazırlanması üçün 500-dən 3000 lariyə qədər pul alırdılar.
Qeyd olunan cinayətdə iştirak edənlər üçün cəza tədbiri olaraq, 17-dən, 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.