Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə, az yaşlıların pornoqrafiyası və trefikinqi ilə bağlı dünən həbs edilən Avstraliya vətəndaşı Pol Lexmana həbs cəzası verildi.
Məhkəmə prokurorun vasitəçiliyini tamamilə qane etdi.
İşlə bağlı müzakirə qapalı rejimdə aparıldı, ancaq qərarın açıqlandığı zaman proses medya üçün açıldı.
Məsələ ilə bağlı növbəti məhkəmə iclası noyabrın 13-də saat 11-də keçiriləcək.
Tbilisi Şəhər Məhkəməsi dünən həbs olunan digər yeddi şəxs üçün isə, həbs qərarını əvvəlcədən verdi.
Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, baş prokurorluğun, Avropolun, ABŞ və Avstraliyanın hüquqmühafizə orqanlarının əməkdaşları, intensiv istintaq tədbirləri nəticəsində, Tbilisidə, uşaq pornoqrafiyasını hazırlayan və satan təşkilatçı qrupun 11 nəfərlik üzvünü həbs etdilər.
Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bəyan edildi ki, gürcü və xarici hüquqmühafizəçilər bir neçə ay ərzində operativ-istintaq tədbirlərini həyata keçirirdilər.
Həbs edilənlər arasında pornoqrafiyada istifadə edilən uşaqların valideynləri, qohumları, yaxınları və qeyri-qanuni foto-salonun sahibləri və əməkdaşları var.
İstintaq aşkarladı ki, həbs edilən ABŞ və Avstraliya vətəndaşları Tbilisidə kirayələnmiş mənzildə, fotosalon hazırlamışdılar və orada hazırlanan pornoqrafiya materiallarını xaricə satırdılar. Cinayətkarlara yardım edən yerli vətəndaşlar da var idi.
8-lə 14 yaş arasında 10 yeniyetmənin valideyləri uşaqları ilə pornoqrafiyanın hazırlanması üçün 500-dən 3000 lariyə qədər pul alırdılar.
Qeyd olunan cinayətdə iştirak edənlər üçün cəza tədbiri olaraq, 17-dən, 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.