"Azərbaycan Hava Yolları" beş Boinq 787-8 Dreamliner alacaq
"Azərbaycan Hava Yolları" beş Boinq 787-8 Dreamliner alacaq

“Azərbaycan Hava Yolları” beş Boinq 787-8 Dreamliner alacaq, – bu barədə bəyanatı şirkətin prezidenti Cahangir Əsgərov Dubai aviaşousunda verdi.

Bununla yanaşı, “Boinq”-in prezidenti Kevin Makkalisterin dediyinə görə, Azərbaycan tərəfindən yük hava gəmilərinin alınması haqqında müqavilə də hazırlıq prosesindədir.

Onun dediyinə görə, müqavilələr, təyyarələrin texniki avadanlıqları ilə bərabər, cəmi olaraq, 1,9 milyard dolları nəzərdə tutur.

Hazırda Azərbaycan Hava Yollarının sadəcə iki “Boinq” 787-8-si var.