Ayətullah Əli Xamenei regional gərginlikdə ABŞ və bəzi Avropa ölkələrini günahlandırıb

13:50, 02.10.2024

İranın ruhani lideri Ayətullah Əli Xamenei regional gərginlik və müharibələrdə ABŞ və bəzi Avropa ölkələrini günahlandırıb. Bu barədə “BBC” məlumat yayıb.

Xamneyinin sözlərinə görə, ABŞ və bəzi Avropa ölkələri regiona sülh və əmin-amanlıq gətirəcəklərini iddia edərkən yalan danışırlar. İranın ruhani liderinin fikrincə, onlar regiondan yox olmalıdırlar ki, ölkələr sülh içində yaşaya bilsinlər.

İranın ruhani lideri Hizbullah lideri Həsən Nəsrullahın vəfatına görə kədərləndiyini bildirib. Geniş yayılmış məlumatlara görə, oktyabrın 1-də İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumunu Ayətullah Əli Xamenei şəxsən verib.

Oxşar