Ayətullah Əli Xamenei İran prezidentinin helikopteri ilə bağlı insidentlə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Ayətullah Əli Xamenei İran prezidentinin helikopteri ilə bağlı insidentlə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

İranın dini lideri Ayətullah Əli Xamenei prezidentin helikopteri ilə bağlı insidentlə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Səhiyyə nazirinin bəyanatına görə, hadisə yerinə tibb personalı, o cümlədən təcili yardım briqadaları və cərrahlar, həmçinin xüsusi nəqliyyat və avadanlıq göndərilib.

Xatırladaq ki, media İran prezidenti İbrahim Rəisinin helikopterinin İranın Azərbaycanla sərhəd yaxınlığındakı əyalətindən Tehrana qayıdarkən  İranın Şərqi Azərbaycan əyalətində qəzaya uğraması barədə məlumat yaydı.

Bununla yanaşı, İranın daxili işlər naziri bəyan edir ki, prezident İbrahim Rəisin helikopteri İranın Şərqi Azərbaycan əyalətinə “ağır şəkildə eniş edib”.