Ayətullah Əli Xameneinin razı olması halında, birinci vitse-prezident Məhəmməd Möhbər İranın müvəqqəti prezidenti təyin ediləcək
Ayətullah Əli Xameneinin razı olması halında, birinci vitse-prezident Məhəmməd Möhbər İranın müvəqqəti prezidenti təyin ediləcək

 
İranın ruhani lideri Ayətullah Əli Xameneinin razı olması halında, İbrahim Rəisinin yerinə birinci vitse-prezident Məhəmməd Möhbər İranın müvəqqəti prezidenti təyin ediləcək. Bu haqda “BBC” məlumat yayır.

Məhəmməd Möhbər bu vəzifəni iki ay icra edəcək. İran konstitusiyasına əsasən isə, növbəti 50 gün ərzində prezident seçkiləri keçiriləcək.

İranın siyasi quruluşu belədir – İranın ruhani lideri Ayətullah Əli Xamenei dövlət başçısı hesab olunur, ölkə prezidenti isə hökumət başçısıdır.

İran mediası prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olmasını təsdiqləyir.

Mediada yayılmış məlumatda, helikopterdə olan şəxslərin hamısının həlak olduğu deyilir. Helikopterdə prezidentdən başqa, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla 8 nəfər olub.