Ayətullah Əli Xamenei İran silahlı qüvvələrinə İsrailə qarşı keçiridkləri cavab hücumuna görə təşəkkür edib
İranın ruhani lideri Ayətullah Əli Xamenei İsrailə qarşı keçiridkləri cavab hücumuna görə ölkənin silahlı qüvvələrinə təşəkkür edib.
Ayətullah Əli Xamenei də onları yorulmadan hərbi yeniliklər ardınca getməyə və düşmən taktikasını öyrənməyə çağırır.
“Nə qədər raketin atıldığı və neçəsinin hədəfi çatdığının əhəmiyyəti yoxdur. Bu əməliyyat zamanı İranın iradə nümayiş etdirməsi vacibdir”, – deyə Xamenei bildirir.
Xatırladaq ki, İsrailin İran konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq İran İsrail istiqamətində iri raket və pilotsuz təyyarə hücumu həyata keçirib.