Axalkalakidə yaşayan etnik azlıqların nümayəndələri üçün İctimai Yayımçının yeni veb-platformasının təqdimatı keçirildi
Axalkalakidə yaşayan etnik azlıqların nümayəndələri üçün İctimai Yayımçının yeni veb-platformasının təqdimatı keçirildi.
Erməni dilli əhali, ölkədə baş verən xəbərləri artıq onlain-rejimdə, erməni dilində oxuyub, dinləyə biləcək.
Yayımçının veb-səhifəsində yeddi dildə təqdim edilən xəbərlərdən başqa, qızıl fondunda saxlanılan arxiv materialları da var.
“Axalkalaki rayonunda əhalinin 96%-i ermənidir. Təəsüf ki, onlar dövlət dilini yetəri qədər bilmillər və gürcü dilində xəbərləri oxumaqda çətinlik çəkirlər. Ona görə də, regiondaki problemlərdən biri də informasiya vakuumudur. Onlar xəbərləri əsasən, Ermənistan və Rusiya kanallarından alırlar, ona görə də Gürcüstanda baş verən hadisələrlə bağlı, fərqli düşüncələri olur. Düşünürəm ki, Birinci Kanalın yeni layihəsi erməni əhalisi üçün çox lazımlı olacaq, çünki onlar artıq hər istədikləri məlumatı öz dillərində ala biləcəklər” -deyir Axalkalaki sakini Nana Baroyan.
Görüşü “Qadınlar Cavaxetinin gələcəyi üçün” adlı qeyri-hökümət təşkilatı təşkil etdi.