Avtonəqliyyat vasitəsində səs-küyün yoxlanılması öhdəliyi və orta səs-küy səviyyəsi müəyyən edilib
2023-cü ilin yanvarın 1-dən avtonəqliyyat vasitələrinin dövri texniki baxışdan keçirilməsi islahatı çərçivəsində avtonəqliyyat vasitəsində səs-küyün yoxlanılması öhdəliyi və səs-küy səviyyəsinin orta göstəricisi müəyyən ediləcək.
İqtisadiyyat Nazirliyində qeyd olunduğu kimi, 2019-cu ildən etibarən avtonəqliyyat vasitəsində səs-küyün yoxlanılması komponentinin yoxlanılması öhdəliyi bir neçə dəfə təxirə salınıb. Bununla belə, xüsusilə şəhər şəraitində və gecə saatlarında avtonəqliyyat vasitələrinin normadan artıq səs-küyü əhaliyə mənfi təsir göstərdiyindən, Gürcüstan hökumətinin qərarına əsasən, 2023-cü ilin yanvarın 1-dən səs-küyün yoxlanılması öhdəliyi qüvvəyə minəcək. Bu da dövri texniki yoxlamalar çərçivəsində komponentlərdən biri kimi həyata keçiriləcək.
“Avtonəqliyyat vasitələri və onların qoşqularının dövri texniki baxışı haqqında” Texniki Reqlamentə edilən dəyişikliklə nəqliyyat vasitəsinin kateqoriyası və mühərrik növü nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin səs-küyünün maksimal səviyyəsi (desibellə) müəyyən edilir.
“Maksimal icazə verilən səs-küy normaları müəyyən edilərkən, əvvəlcədən Gürcüstanda mövcud avtomobil parkının vəziyyəti ilə bağlı aparılmış müvafiq tədqiqatlar nəzərə alınacaq” -deyə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.