Avtonəqliyyat vasitəsi ilə, taxılın daşınmasına qadağan 2019-cu ilin oktyabrına qədər təxirə salınacaq
Avto-nəqliyyat vasitəsi ilə, taxılın daşınmasına qadağan 2019-cu ilin oktyabr ayına qədər təxirə salınacaq – bu barədə maliyyə naziri İvane Maçavariani aksiya iştirakçılarından biri olan Cano Amkoladze ilə görüşdən sonra verdi.
“Cano Amkoladzenin emosiyalı tələbini və digər sürücülərin vəziyyətini nəzərə aldıq və qərar verdik ki, qeyd olunan məsələ ilə bağlı məhdudiyyətimizi bir il müddəti ilə təxirə salaq” – dedi Maçavariani.
Söz edilən qərarı etiraz edən sürücülərdən biri bugün özünü yandırmaqla təhdid edirdi. O özünə bir neçə xəsarət yetirdi və üstünə benzin tökdü.
Taxılın avtonəqliyyat vasitəsi ilə nəql edilməsi ilə bağlı qadağan sentyabrın 15-də qüvvəyə minməli idi, ancaq sürücülərin etirazına görə, təxirə salındı.