Avtomobillərin gömrük rəsmiləşdirilməsi müddəti 2021 ilin mart ayına qədər uzadılacaq
Avtomobillərin gömrük rəsmiləşdirilməsi müddəti 2021 ilin mart ayına qədər uzadılacaq

Avtomobillərin gömrük rəsmiləşdirilməsi müddəti 2021 ilin mart ayına qədər uzadılacaq, – bu barədə məlumatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

Onun dediyinə görə, gömrük rəsmiləşdirilməsinin uzadılması ilə bərabər, avto-importyorlar üçün vergi də artmayacaq.

“Krizisin sadəcə Gürcüstanda deyil, bütün dünyada uzun müddətli olacağına görə, fiskal ilin maraqlarından irəli gələrək, avtoimporyorlara dəstək məqsədi ilə, yaxşı olar ki, avtomobillərin gömrük rəsmiləşdirilməsinin müddəti 2021-ci ilin mart ayına qədər təxirə salınsın və hərhansı vergi ödənilməsin.  Bu 24 00o avtomobilə aid olacaq və beləliklə 30 milyona qədər vergi güzəşti olacaq ki, krizis vaxtında avto-importyorlara yardım edə bilək” – dedi baş nazir.