Avtomobilin qeydiyyat vəsiqəsi və dövlət nömrə nişanı üçün rüsum bu gündən artırılır
2023-cü ildən avtomobilin qeydiyyat vəsiqəsi və dövlət nömrə nişanı üçün rüsum artırılır. Rüsumların artırılması hökumətin hazırladığı və Parlament tərəfindən təsdiq edilən qanunla nəzərdə tutulur ki, hansını da nəzərə almaqla Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin bir sıra xidmətlərinə görə rüsum artırılır.
Qanuna əsasən, bir yanvardan nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin verilməsi 35 lari əvəzinə 100 lari olacaq; bir cüt dövlət nömrə nişanının verilməsi 35 lari əvəzinə 80 lari olacaq, bir cüt itirilmiş və ya zədələnmiş nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının bərpası isə, 35 lari əvəzinə 80 lari olacaq.