Avtomobil Yolları tərəfindən verilən məlumatda Tbilisi-Senaki-Leselidze yolunda yol təhlükəsizliyinin təkmilləşdirilməsi tədbirlərinin davam etdirildiyi deyilir
Avtomobil Yolları tərəfindən verilən məlumatda Tbilisi-Senaki-Leselidze yolunda yol təhlükəsizliyinin təkmilləşdirilməsi tədbirlərinin davam etdirildiyi deyilir

 
Gürcüstan Avtomobil Yolları tərəfindən verilən məlumatda Tbilisi-Senaki-Leselidze yolunda, yolun 19 km-56 km və 57 km-132 km-lik hissəsində dövlət büdcəsinin maliyyə dəstəyilə yol təhlükəsizliyinin təkmilləşdirilməsi tədbirlərinin davam etdirildiyi deyilir.

“Layihə çərçivəsində avtomobil yolu şəbəkəsində, EN 1317 Avropa standartlarına uyğun olaraq təxminən 80 min metr uzunluğunda metal yol ayırıcılarının salınması təşkil edilir.

Həmçinin, ilin sonunadək başa çatdırılması planlaşdırılan Qori-Tbilisi hissəsində təxminən 6 milyon lari dəyərində xarici işıqlandırma şəbəkəsinin qurulması işləri davam etdirilir.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Gürcüstan hökumətinin “2022-2023-cü illərdə Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı” çərçivəsində yol infrastrukturunun təhlükəsizliyinin keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparır.

Hər iki layihənin ümumi dəyəri 19 milyon lariyə qədərdir və işlər 2022-ci ilin sonuna kimi başa çatdırılacaq” – deyə Gürcüstan Avtomobil Yolları tərəfindən verilən məlumatda qeyd edilir.