Avtomobil Yolları Şöbəsi- Nichbisi-Didqori-Didi Toneti yolunda avto nəqliyyatın hərəkəti bərpa edilib
Avtomobil Yolları Şöbəsi- Nichbisi-Didqori-Didi Toneti yolunda avto nəqliyyatın hərəkəti bərpa edilib

 

Aparılan təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Nichbisi-Didqori-Didi Toneti avtomobil yolunda avtomobillərin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayır.

İdarədən verilən məlumatda bildirilir ki, Gürcüstanın Avtomobil Yolları Departamenti mürəkkəb meteoroloji şərait (güclü qar, duman və görmə məhdudluğu) səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkətini qadağan etmişdi.