Avtomobil Yolları İdarəsi - Şovi kəndi istiqamətində zərər görmüş yolun təmizlənməsi və bərpası işlərinə qısa zamanda başlanılacaq
Şovi kəndi istiqamətində zərər görmüş yolun təmizlənməsi və bərpası işlərinə qısa zamanda başlanılacaq – deyə Avtomobil Yolları İdarəsinin məlumatında bildirilir.
Onların verdiyi məlumata görə, Kutaisi (Choma)-Alpana-Mamisoni dağ keçidi avtomobil yolunun 136-cı km-də müvəqqəti Sarmi körpüsü və 139-cu km-də (Şovi kəndi) körpü dağlarda yağan güclü yağış nəticəsində Chanchaxi çayında yaranmış sel tərəfindən aparılıb. Yolun qeyd olunan hissələrində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
“Hazırda əraziyə texnika səfərbər olunur və ən qısa zamanda təmizləmə işlərinə başlanılacaq. Avtomobil Yolları İdarəsi sizə mərhələli şəkildə əlavə məlumat verəcək”, – Avtomobil Yolları İdarəsinin məlumatında bildirilir.