Avtomobil Yolları İdarəsi Rikoti dağ keçidi hissəsində mövcud vəziyyətlə bağlı yeni məlumat yayır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 147-ci kilometri yaxınlığında (Chumateleti-Xevi hissəsində) mütəxəssislərin daimi monitorinqi şəraitində qaya parçalarının tökülməsinin inkişaf edə biləcəyi yerin müəyyən edildiyi barədə məlumat yayır.
Avtomobil Yolları İdarəsindən verilən məlumatda avtonəqliyyat vasitələrinin təhlükəsizliyindən irəli gələrək Rikoti dağ keçidində hərəkətin müvəqqəti dayandırılması barədə qərar qəbul edildiyi deyilir.
Verilmiş məlumatda işlərin yekunlaşması və mütəxəssislər tərəfindən yolun təhlükəsizliyi ilə bağlı müvafiq tövsiyələr alındıqdan sonra Rikoti dağ keçidində nəqliyyatın hərəkətinin bərpa olunacağı deyilir.
“Yamacın bərk olmayan kütləsinin dağılmasının təşviq edilməsi nəticəsində torpaq kütləsi çöküb. Hazırda yollarda intensiv təmizləmə və genişləndirmə işləri aparılır.
Bu vaxt üçün beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 114 km -194 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib.
Rikoti dağ keçidində işlər yekunlaşdıqdan və mütəxəssislər tərəfindən yolun təhlükəsizliyi ilə bağlı müvafiq tövsiyələr alındıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunacaq.
Rikoti dağ keçidi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulduğu müddətdə yüngül avtomobillərin hərəkəti daxili dövlət əhəmiyyətli Qomi-Sachxere-Chiatura-Zestaponi avtomobil yolu ilə həyata keçiriləcək. Qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağandır” -deyə Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunur.